Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

Satışda istifadə müddəti ötmüş uşaq yeməkləri aşkarlanıb

08.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

ətraflı

   

Keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarılıb

07.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 6-da keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonunda “Bakı market”də, “Abşeron market”də, “Hobby market”də, “Ceyhun market”də və Bayram Abbasova məxsus topdansatış obyektində, həmçinin Gəncə şəhərində “Fərid market”də və Dəvəçi şəhərində Rəşid Əhmədova məxsus pərakəndə satış mağazasında ümumi çəkisi 600 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

Növbəti monitorinqlər keçirilib

04.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 3-də keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Yasamal rayonunda “Fidania market”də, “Əriməz market”də, “Ramstore” QSC-yə məxsus mağazada və “Mahima Enterprises” müəssisəsinə məxsus “Meqa mart market”də ümumi çəkisi 110 kq olan istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

İstehlakçı hüquqlarının pozulması faktları aşkarlanmışdır

03.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 2-də keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonunda “Lotos” firmasına məxsus topdansatış obyektində, “Nübar market”də, “Neptun-S” MMC-yə məxsus “Neptun market”də, Nizami rayonunda fiziki şəxs Elşən İsrafilova məxsus “Neptun” ticarət mərkəzində ümumi çəkisi 200 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidaları, quru çaylar  və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

Keyfiyyətsiz mallar satışdan çıxarılıb

02.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonu fiziki şəxs T.Məmmədova, M.Rəhimova və hüquqi şəxs “Xəzər-99” firmasına məxsus topdansatış anbarlarında 817,32 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

İstehlak bazarında yoxlamalar davam etdirilir

02.07.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonunda “Qardaşlar” marketdə, Xətai rayonunda “Grand”, “Rəşad”, “Eleqant”, “Lider”, “Rövşən”, “Orxan” marketlərdə və “Hakim Holdinq” MMC-yə məxsus “Hakim” marketdə, Novxanı qəsəbəsində “Murad”, “Fərid”, “Samir”, “Everest”, “AS”, “Vasif” və “RM” marketlərdə, Xaçmaz şəhərində “Orxan” marketdə  ümumi çəkisi  701 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar  və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Novxanı qəsəbəsində yerləşən “Murad” marketdə istifadə müddəti ötmüş digər ərzaq məhsulları ilə yanaşı “Humana” uşaq yeməkləri də aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

Satışda keyfiyyətsiz mallar aşkarlanıb

24.06.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən 23 iyun 2009-cu il tarixində aparılmış monitorinqlər zamanı Sumqayıt şəhərində “Yaşıl” market, “Toğrul” market, “Karvan” market, “Cici” market (bu marketdə son bir həftədə aşkarlanmış ikinci qanun pozuntusu ) və “Fidan” ərzaq malları mağazasında 600 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   

Növbəti monitorinqlər Sumqayıt və Xaçmaz

23.06.09

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin 22 iyun 2009-cu il tarixində keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Qayalı market”, “Gülşən market”, “Firuz market”, “Şahdağ market”, “Ruzi market”, mağazalarında, eləcə də Rəşid Rəşidova məxsus “Ay işığı” topdansatış obyektində və Xaçmaz şəhərində Pərvanə Quliyevaya məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - “Nestogen”, “Hipp”, “Nestle” uşaq yeməkləri, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

ətraflı

   
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner