19th August 2018 Sunday 19:33:27

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2018-ci ildə ilk konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq yanvarın 19-da Ucarda keçirilib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verilib. Tədbir iştirakçılarına məlumat verilib ki, ötən il istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda 13 konfrans və dəyirmi masa keçirilib. Bununla yanaşı, 560 mindən artıq elektron ünvana ticarət qaydalarına əməl olunması ilə bağlı 10 maarifləndirici məlumat göndərilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsulların istehlak xassələri və istehlakçıların nələrə diqqət etməli olduqları məsələlərlə bağlı 54 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb. Rayonun aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların və 130-a yaxın istehlakçının iştirak etdiyi tədbirdə istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb. Həmin gün həmçinin Ucarda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda treninq keçirilib. Treninqdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

   

 

CURRENCY CONVERTER