19th August 2018 Sunday 19:33:32

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa görə istehlakçıların mal (iş, xidmət) haqqında zəruri və düzgün məlumat almaq hüququ vardır. Belə ki, Qanunun 13-cü maddəsinəəsasən satıcı (icraçı) mal (iş, xidmət) haqqında istehlakçını maraqlandıran aşağıdakı məlumatları ona verməyə borcludur:

-malın (işin, xidmətin) qiyməti;

-istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi; yararlıq müddəti; kaloriliyi; sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);

-əldə edilməsi şərtləri;

-təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydaları;

-malların  işlədilməsi, saxlanması və təhlükəsiz istifadə üsulları və qaydaları və s.

  Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

  Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına  və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

  Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                              

                                                        Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                        Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

CURRENCY CONVERTER