15th December 2018 Saturday 07:46:47

 Kombi mənzilinizin istilik və isti su ehtiyacını ödəyərək rahatlığınızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində istənilən mənzili isitmək və isti su ilə təmin etmək mümkündür. Bunun üçün sistemin bütün hissələrini tələb olunan qaydada yığmaq, qapalı və bütün otaqları əhatə edən su borularını çəkmək və cihaza qoşmaq kifayyətdir. Nəzərə alın ki, bu cihazları qidalandıran təbii qaz və su xəttinin layihəsi müvafiq icra orqanı tərəfindən təstiq edilməlidir. Təbii qaz və su xəttləri birləşdiriləndən sonra kombi elektron idarəetmə sistemi vasitəsilə suyu tələb olunan dərəcəyə qədər qızdırır və sistemə vurur. 

Kombilər iki- yay və qış rejimdə işləyir. Yay rejimində cihaz ancaq suyu isidir. Qış rejimində isə kombi suyu isitməklə yanaşı isidilmiş suyu istilik radiatoruna verir. Kombi ölçüləri kiçik, çəkisi yüngül, az yer tutan, asan daşına bilən və  səssiz işləyir.

 İstehlak bazarında hal hazırda bir sıra xarici ölkələrdə istehsal olunmuş üç növ kombilər satılır.Bu sırada bacalı, hermetik vəkompressor-kondensatorlu kombiləryer alır. Bacalı kombilər- yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları, uyğun baca vasitəsilə xaric edir. Bu halda bacaların müəyyən olunmuş standartlara uyuğun olması cox önəmlidir. Hermetik kombilər - yanma üçün istifadə olunan hava  ventilyator vasitəsi iləxarici mühitdən alınıb vəyanma sonrası ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atılır. Bu halda otaqın havasını dəyişməyə ehtiyac olmur. Çünki yanma üçün otaqın havasından istifadə olunmur. Kompressor-kondensatorlu kombilər-təbii qaz yandırdığı zaman böyük miqdarda su buxarı əmələ gəlir. Bu növ kombilər əmələ gəlmiş buxarın enerjisini hərəkət etdirir və enerjiəldə edildikdən sonra kondensator buxarını kənara atır. Adi kombilərdə istifadə olunan istilik 80-90 faiz təşkil edirsə kompressor-kondensatorlu kombilerdə bu 105-109 faiz olur.

 Kombini seçəndəevin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir.Birinci növbədə necə bir mal alacağınız haqqında araşdırma aparın. Tövsiyə edilən cihazın tutumunun onu istifadəedəcəyiniz yer üçün məqbul olub-olmadığı haqqında məlumat əldə edin. Bu cihazları seçərkən tanınmış istehsalçı firmaların məhsullarına və  geniş texniki xidmət şəbəkəsi olanlara üstünlük verin. Eyni zamanda kombi alarkən seçdiyiniz kombinin qiyməti ilə yanaşı, onun yanacaq sərfi və xidmət xərclərinin dəəhəmiyyətli olduğunu unutmayın.

 Kombilər ücün  verilənzəmanət müddətinə və sertifikatının olub-olmamasına diqqət edin. Kombi üçün zəmanət müddəti istehsalçı tərəfindən müəyyən edilir. Lakin belə müddət yoxdursa qanunvericiliyə görə o ən azı 2 il zəmanətli sayılır.

 Kombilər qüvvə və konturların sayına görə də fərqlənirlər.Onların qücü 12kVt-dan 35 kVt-dək qalxa bilər və müvafiq olaraq 50 kv.m-dən – 350 kv.m-dək sahəni qızdırır və isti su verir.

 Konturların sayına gəlincə bir konturlu kombilər yalnız mənzillərin isidilməsi üçün istifadə olunur, iki konturlu kombilər isə istilikdən əlavə isti suyun verilməsini təmin edir.

 Kombi sistemlərin müsbət cəhətlərinə rahat və uzunmüddətli istifadəni, suyun dərəcəsinin müstəqil fərdi formada idarə olunmasını, istənilən vaxt sistemin yandırılıb-söndürülməsinin mümkünlüyünü aid etmək olar. Mənfi cəhəti isəşaxtalı havada ayrı-ayrı sahələrdə sistemdə olan suyun buzlanma riskininolmasıdır ki, bu da ciddi qüsurlarla nəticələnə bilər. 

 Yeni nəsil kombi cihazlarında təhlükəsiz istifadə baxımından demək olar ki, bütün qabaqlayıcı tədbirlər nəzərə alınmışdır. Lakin bütün hallarda istifadə zamanı mütəmadi nəzarət olunması vacibdir.  Bilin ki, kombinin davamlı işlədiyi mənzildə yetərli istilik yoxdursa deməli ya onun  tutumu aşağıdır, ya da mənzilinizin istilik izolyasiyası lazımi səviyyədə deyil. Burda eyni zamanda istifadə edilən radiatorun həcminin az olması və xətlərdə müəyyən problemlərin olması da rol oynaya bilər.

 Bu cihazlaridxal malı olduğuna görə istehlakçılar əksər hallarda onlarda qüsur yarandıqda hara müraciət etmələri barədə çaşqınlıq yaşayırlar. Bilin ki, bu cihazların istifadəsi zamanı ortaya çıxan problemlərlə bağlı birinci növbədə onu aldığınız ticarət obyektinə müraciət edə bilərsiz. Əgər problem aradan qaldırılmazsa onda aidiyyəti üzrəmüvafiq dövlət qurumlarına müraciət edərək istehlakçı hüquqlarınızın təmin olunmasını mövcud qanunvericiliklə tələb edə bilərsiz.

 Kombi alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satışüçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmayın.Bu cihazları alarkən onun texniki parametləri, təhlükəsiz istifadəşərtlərinə aid ətraflı məlumatlarla tanış olun. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən çihazları almayın. 

CURRENCY CONVERTER