Qanunvericilik
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu № 371, 10 noyabr 1992-ci il
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin edilməsinin əsasları
1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur:
AZƏRBAYCAN RESPUBLİKASINDAN AVROPA İTTİFAQI ÖLKƏLƏRİNƏ İXRAC EDİLƏN ŞƏRAB VƏ ŞƏRAB MƏHSULLARININ, MEYVƏ VƏ TƏRƏVƏZ ŞİRƏLƏRİNİN KEYFİYYƏTİNƏ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI
I. Ümumi müddəalar
Bu Qaydalar Avropa İttifaqı ölkələrinə şərab və şərab məhsullarını, meyvə və tərəvəz şirələrini (bundan sonra - məhsullar) ixrac edən istehsal və emal müəssisəsində (bundan sonra - müəssisə) ekspertizaların keçirilməsi və təsdiqedici kod nömrəsinin verilməsi, məhsullardan və istifadə olunan sudan nümunələrin götürülməsi və keyfiyyətinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.
II. Müəssisədə ekspertizaların keçirilməsi və təsdiqedici kod nömrəsinin verilməsi qaydaları
İstehlakçıların hüquqlarının müdafiəsi və reklam haqqında qanunvericiliyin pozulmasına görə tərtib edilən sənədlərin rekvizitləri və onlardan istifadə Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» və «Reklam haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 11.06.2001-ci il tarixli, 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»yə uyğun hazırlanmışdır və istehlakçıların hüquqlarının müdafiəsi və reklam haqqında qanunvericiliyin pozulmasına görə sənədlərin tərtib edilməsi Qaydalarını müəyyən edir.
İSTEHLAK BAZARINDA HƏYATA KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ QAYDALARI
-
1. Ümumi müddəalar
Bu Qaydalar “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yə,
Read more: İSTEHLAK BAZARINDA HƏYATA KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ QAYDALARI
AZƏRBAYCAN RESPUBLİKASINDAN AVROPA İTTİFAQI ÖLKƏLƏRİNƏ İXRAC EDİLƏN BİTKİ MƏNŞƏLİ YEYİNTİ MƏHSULLARININ KEYFİYYƏTİNƏ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI
I. Ümumi müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə bitki mənşəli yeyinti məhsullarını (bundan sonra - məhsullar) ixrac edən istehsal və emal müəssisəsində (bundan sonra - müəssisə) ekspertizaların keçirilməsi və təsdiqedici kod nömrəsinin verilməsi, məhsullardan və istifadə olunan sudan nümunələrin götürülməsi və keyfiyyətinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.
Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 527, 20 dekabr 1996-cı il
Son vaxtlar Azərbaycan Respublikasında istehsal olunan və xarici ölkələrdən gətirilən bir sıra alkoqollu içkilər və tütün məmulatları növlərinin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışının geniş yayılması əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş, ölkənin şərabçılıq və tütün sənayesinin inkişafı üçün ciddi çətinliklər yaratmışdır.
Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu № 526, 4 mart 1993-cü il
I bölmə. Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədləri
Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 90, 5 fevral 1999-cu il
Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli fərmanı bu sahədə dövlət nəzarətinin gücləndirilməsində, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.
Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu № 1049, 2 iyun 1995-ci il
Bu Qanunun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur.
Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.
Read more: Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu № 1049, 2 iyun 1995-ci il
«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 267, 26 yanvar 2000-ci il
«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Page 1 of 6












