Search

Banner
Banner
Banner
Banner
Banner
Banner

Keyfiyyətsiz süd məhsullarının istehsalı və satışı dayandırılmışdır

fiko2_thumb100_İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri,Yasamal rayonu, 12-ci Xrebtovı küçəsi, 10 ünvanında Qalib Bağırova məxsus müəssisədə istehsal edilmiş xama və kəsmiyin laborator müayinəsi zamanı bu məhsulların fiziki-kimyəvi göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

Bununla əlaqədar, həmin məhsulların istehsal edildiyi müəssisədə yoxlamalara başlanılmış və müəssisənin anbarında olan satışa hazır məhsullardan nümunələr götürülmüşdür.

Laborator müayinələri nəticəsində müəssisənin istehsal etdiyi qatıq, xama, dovğa və dietik kəsmiyin yağlılıq və turşluğunun etiketlərindəki göstəricilərinə və normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı, eləcə də qatığın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar, dietik kəsmiyin tərkibində isə bağırsaq çöpü qrupundan olan bakteriyalarla yanaşı, normadan artıq kif və maya göbələklərinin olduğu müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq, Qalib Bağırova məxsus müəssisədə məhsul istehsalı və 1582 ədəd müxtəlif ölçülü polimer qablarda qablaşdırılmış xama, dovğa, dietik kəsmik və qatığın, eləcə də 183,3 kq qablaşdırılmamış kəsmiyin satışı dayandırılmışdır.

Sahibkar Qalib Bağırov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd və süd məhsulları bazarında araşdırmaları davam etdirir.

Attention: open in a new window. Print

Banner
Banner
Banner
Banner
Banner
Banner