Search

Banner
Banner
Banner
Banner
Banner
Banner

Monitorinqlər davam etdirilir

salam_thumb100_İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı

Bakının Səbail rayonunda

- Z.Əliyeva küçəsi, 24 ünvanında Elnur Kərimova məxsus mağazada;

- Z.Əliyeva küçəsi, 24 ünvanında Mətanət Qasımovaya məxsus mağazada;

Yasamal rayonunda

- K.Kazımzadə küçəsi, ev 113-115 ünvanında yerləşən “Rəşad market”də;

- M.Müşfiq küçəsi, ev 10 ünvanında “Oazis market”də;

- Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yaxınlığındakı “Toğrul market”də

ümumi çəkisi 57 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, sərinləşdirici içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Attention: open in a new window. Print

Banner
Banner
Banner
Banner
Banner
Banner