24 İyul 2017 Bazar ertəsi 20:30
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 
"Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.09.2016 tarixli 339 nömrəli qərarına əsasən “vətəndaşlar yalnız iş günlərində və iş vaxtında telefon müraciət xidməti vasitəsilə müraciət etmək hüququna malikdirlər. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, həmçinin iş vaxtından sonra edilən zənglər qəbul olunmur”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarını rəhbər tutaraq “Qaynar xətt”inin fəaliyyətini yeni qaydalara uyğunlaşdırmışdır.
Dövlət Xidmətinin “Qaynar xətt”i qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.