30 May 2017 Çərşənbə axşamı 07:05
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti belə bir tədbir aprelin 7-də Sumqayıt Dövlət Texniki Kollecində keçirilmişdir.  

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılmış, iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmişdir.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara müxtəlif maarifləndirici  materiallar paylanmışdır.