24 İyul 2017 Bazar ertəsi 20:31
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istehlakçıların hüquqlarının qorunması ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir.
Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir aprelin 27-də Azərbaycan Dövlət İqtisad Universitetində Ali təhsil müəssisəsinin 200-dən yuxarı müəllim və tələbə heyətinin iştirakı ilə keçən tədbirdə məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işini təşkil etmək, bu sahədə istehlakçıların biliklərini artırmaqdan

Tədbir çərçivəsində iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Seminarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmış və onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanmışdır.