14 Dekabr 2017 Cümə axşamı 23:05
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən iyulun 14-də Lerik rayonunda dövlət satınalmalarına həsr olunmuş seminar keçirilib. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan tədbirdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satınalan təşkilatların mütəxəssisləri iştirak edib.

Seminar dövlət vəsaitindən daha səmərəli istifadə, satınalmalar sahəsində şəffaflığın artırılması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, o cümlədən satınalan təşkilatlara metodiki və təşkilati dəstək, mütəxəssislərin ixtisas səviyyəsi və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil edilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.