21 Noyabr 2017 Çərşənbə axşamı 10:08
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

Azərbaycan Dövlət İqtisad Universitetinin dövlət satınalmalarına məsul olan mütəxəssisləri üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən oktyabrın 17-də təlim kursu keçirilmişdir.    

Təlim kursu dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, satınalmalar sahəsində şəffaflığın artması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, Universitetin Tender komissiyasının üzvlərinə metodiki və təşkilati kömək göstərilməsi, mütəxəssislərinin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb. Universitetin inzibati binasında yerləşən konfras zalında təşkil olunan təlimdə satınalma prosedurlarına cəlb olunan mütəxəssislər iştirak edib.