21 Noyabr 2017 Çərşənbə axşamı 10:08
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

Bakı Humanitar Kollecində bu məqsədləseminar keçirilmişdir   

Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istehlakçıların hüquqlarının qorunması ilə bağlı maarifləndirilməsi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən oktyabrın 19-da Bakı Humanitar Kollecində seminar keçirilmişdir. “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan tədbirdə Kolleçin 200-dən yuxarı müəllim və tələbə heyəti iştirak etmişdir.  

Tədbir çərçivəsində iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Seminarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmış və onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici  materiallar paylanmışdır.