21 Noyabr 2017 Çərşənbə axşamı 10:09
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlərə başlanıb. Təlim kurslarının təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır. Noyabrın 2-də təşkil olunan təlimdə 50-ə yaxın nazirlik, komitə, idarə və təşkilatın nümayəndələri iştirak edib.     

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlər davam etdiriləcək.