21 Noyabr 2017 Çərşənbə axşamı 10:09
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 8-də satınalan təşkilatların dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursu keçirilmişdir. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan növbəti tədbirdə Təhsil Nazirliyinin aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların dövlət satınalmalarına cəlb olunan 50-ə yaxın mütəxəssisi iştirak etmişdir.      

Təlim kursuıuın təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasından ibarətdir. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.