14 Dekabr 2017 Cümə axşamı 23:04
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Dövlət Xidmətinin təşkilatçılığı ilə növbəti tədbir dekabrın 1-də Astara Pedoqoji Kollecində keçirilmişdir.   

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda keçirilən seminarda  təhsil müəssisəsinin 200-ə yaxın müəllim və tələbə heyyəti iştirak etmişdir.
Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici  materiallar paylanmışdır.