16 Yanvar 2018 Çərşənbə axşamı 15:08
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə yerli icra hakimiyyəti orqanlarının aparatının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları başlanıb. Təlim kurslarının təşkilində məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasından ibarətdir.    

Dekabrın 7-də “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda keçirilən tədbirdə respublikanın 40-ə yaxın şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirakı edib.
Tədbirdə dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin və nəzəri biliklərinin artırılması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlimlər davam etdiriləcək.