16 Yanvar 2018 Çərşənbə axşamı 15:09
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün dekabrın 21-də növbəti təlim kursu keçirilmişdir.  

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunmuş budəfəki tədbirdə Səhiyyə Nazirliyinin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların dövlət satınalmalarına cəlb olunan 50-dən artıq mütəxəssisi iştirak etmişdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda keçirilən təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.