25 Aprel 2017 Çərşənbə axşamı 04:42
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

Hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir çox hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur. Ona görə də istehlakçı seçim etməzdən qabaq bu cihazların xüsusiyyətləri ilə diqqətlə tanış olmalıdır.

Ardını oxu...

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatını gücləndirmək məqsədi ilə nəzarət tədbirlərini davam etdirir. Aparılan araşdırmaların təhlili göstərir ki, istehlak bazarında məhsulların saxlanması ilə bağlı tələblər sahibkarlar tərəfindən bir sıra hallarda pozulur. 

Ardını oxu...

Balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti vardır. Bu qəbildən olan məhsulların tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olduğundan onların əksəriyyətini adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq mümkün olmur. Ona görə də belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq konservləri özünəməxsus dada və qida dəyərlərinə malikdir.

Ardını oxu...

Şəkərli qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunan yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənirlər.

Ardını oxu...

Heç kimə sirr deyil ki, istehlakçıların hüquqlarının müdafiəsi həmişə dövlətin prioritet istiqamətlərindən biri olmuşdur və son illər bu sahədə əhəmiyyətli işlər gürülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür.

Ardını oxu...

Düzgün qidalanma insan sağlamlığında çox mühüm rol oynayır. Gündəlik qida rasionunda kifayət qədər vitaminlər, minerallar, makro və mikroelementlərin olmaması orqanizmin müqavimətini zəiflədir və onu müxtəlif xəstəliklərə qarşı risk altında qoyur. Məhz bunun aradan qaldırılması və qidalara xüsusi qoxu, rəng, tam verilməsi üçün qida əlavələrindən istifadə getdikcə artır. Bu tendensiyanın özü isə istehlakçıların daha diqqətli olmasını zəruri edir. Belə ki, keyfiyyətsiz, zəruri tələblərə cavab verməyən qida əlavələri və onlardan istifadə edilməklə hazırlanan məhsullar sağlamlıq üçün daha təhlükəli hesab olunur.

Ardını oxu...

Qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Heç şübhəsiz ki, respublikamızın dinamik inkişafı qənnadı sənayesinin də inkişafına təkan vermiş və yeni texnologiyaların tətbiqi ilə bu sahədə yüksək keyfiyyətli məhsullar istehsal olunmaqdadır. Lakin istehsal prosesinin hətta tam təkmilləşdirilməsi bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə təminat verə bilməz. Çünki qənnadı məmulatlarının istehsal qüsuru olmasa belə qeyri-qənaətbəxş daşınma və saxlama nəticəsində korlana və ya keyfiyyətini itirə bilər. Ona görə də bu yazıda qənnadı məmulatlarının qablaşdırılması, markalanması, daşınması, saxlanması, istehlakı zamanı fikir verilməsi zəruri olan bəzi məsələlər barədə məlumat verəcəyik.

Ardını oxu...

İstehlakçılar tərəfindən həvəslə alınan məhsullar sırasında qəhvə xüsusi çəkiyə malik olduğundan onun istehlak xüsusiyyətləri barədə bəzi məlumatları istehlakçıların diqqətinə çatdırırıq.  

Ardını oxu...