21 Noyabr 2017 Çərşənbə axşamı 09:57
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

1965-ci ildə anadan olub.

1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1982-ci ilin iyul-noyabr aylarında Bakı şəhər Dezinfeksiya Stansiyasında sanitar vəzifəsində,

1982-1983-cü illərdə Mərkəzi Statistika İdarəsində ekspeditor vəzifəsində,

1983-cü ilin iyul-oktyabr aylarında Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1983-1985-ci illərdə Zaqafqaziya Hərbi Dairəsində rota starşinası vəzifəsində,

1985-1988-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1988-1989-cu illərdə Bakı Taxıl Məhsulları Kombinatında iqtisadçı vəzifəsində,

1990-1991-ci illərdə Bakı şəhəri Xətai rayonu Komsomol Komitəsi Evlərdə Zəhmət Kombinatında azad komsomol katibi vəzifəsində,

1991-2000-ci illərdə Nəsimi rayonu Dövlət Vergi İnspeksiyasında vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,

2000-2003-ci illərdə Əzizbəyov Rayonu Vergilər İdarəsində rəis müavini vəzifəsində,

2008-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondunda “Layihələrin monitorinqi və kreditlərin uçotu” şöbəsinin müdiri vəzifəsində,

2009-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına nəzarət Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.

2010-cu il mayın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində, 2014-cü ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

1969-cu ildə anadan olub.

1993-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1993-1999-cu illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində şöbə rəisi vəzifəsində;

1999-2000-ci illərdə Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində şöbə rəisi vəzifəsində;

2000-2001-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində baş mütəxəssis vəzifəsində;

2001-2002-ci illərdə Suraxanı rayonu üzrə Vergi İdarəsinin baş mütəxəssisi vəzifəsində;

2002-2009-cu illərdə “Kredo Bank” KB-nin Departament direktoru vəzifəsində;

2009-2014-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini vəzifəsində çalışıb.

2014-cü ilin fevral ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

1956-ci ildə anadan olub.

1979-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini, 1983-cü ildə isə həmin universitetin aspiranturasını bitirib.

1984-1993-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim vəzifələrində,

1993-2001-cü illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifəsində,

2001-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Deportamentində sektor müdiri, şöbə rəisi vəzifələrində,

2007-2010-cu illərdə İqtisadi İnkişaf  Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.

2010-cu il yanvarın 25-dən İqtisadi İnkişaf  Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində, 2014-cü ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.