26 Sentyabr 2017 Çərşənbə axşamı 00:20
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdır.

Dövlət başçısının tapşırığına uyğun olaraq www.icazeler.gov.az portalı yaradılmış və martın 15-də aidiyyəti dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də sahibkarların iştirakı ilə saytın təqdimatı keçirilmişdir.

www.icazeler.gov.az saytı informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini və bu sahədə şəffaflığın daha da artırılmasını təmin edəcəkdir. Saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara həmin fəaliyyətin növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır. Portala dövlət təşkilatları tərəfindən verilən icazələr barədə məlumatlar daxil edilmişdir. 7 bölmədən ibarət olan saytda icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılmışdır ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcəkdir. Portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" xidmət bölməsi yaradılmışdır. Bu bölmədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq sahəsinə aid hazırladığı qanunvericilik aktlarının layihələri yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcəkdir. Bu bölmə sahibkarlara onların məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edəcək, həmçinin sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha da şəffaf aparılmasına imkan yaradacaqdır.