ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət
  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti nədən ibarətdir?
  2. İstehlakçının hansı hüquqları vardır?
  3. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət necə həyata keçirilir?
  4. İstehlak bazarında baş verən pozuntularla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə necə müraciət edilməlidir?
  5. İstehlakçı hüquqlarının müdafiəsində digər səlahiyyətli inzibati orqanlar hansılardır və həmin qurumlara hansı məsələlərlə bağlı müraciət etmək olar?

 

  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti nədən ibarətdir?
  • İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirir;
  • İstehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görür;
  • Texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (işlərin, xidmətlərin) satılmasının, məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmayan malların (işlərin, xidmətlərin) satışının (yerinə yetirilməsinin) qarşısının alınması ilə bağlı tədbirlər görür;
  • Qida məhsulları, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklər istisna olmaqla, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğuna, temperatur rejiminə, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarına əməl olunmasına nəzarət edir;
  • İstehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və tədbirlər görür;
  • Qiymət intizamına, o cümlədən qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı qiymət intizamına riayət edilməsinə və qiymətlərin düzgün tətbiqinə nəzarət edir;
  • Yararlılıq müddəti ötmüş və etiketlənməsi qanunvericiliyin tələblərinə uyğun olmayan qeyri-qida mallarının satışının qarşısının alınması ilə bağlı tədbirlər görür;
  • Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların satışına nəzarət edir.
  1. İstehlakçının hansı hüquqları vardır?

      İstehlakçıların aşağıdakı hüquqları var:

  • Malları, işləri, xidmətləri və onların istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək;
  • İstehlak etdikləri malların, işlərin, xidmətlərin lazımi keyfiyyətdə olması;
  • Malların (işlərin, xidmətlərin) təhlükəsizliyi;
  • Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək;
  • Qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi;
  • Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək;
  • İctimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək.
  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət necə həyata keçirilir?
  • "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gedilməklə planlı və plandankənar yoxlamalar keçirir;
  • Dövlət Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması ilə bağlı qanunamüvafiq tədbirlər görür;
  • İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) verir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görür;
  • İstehlakçıların hüquqlarının müdafiəsi və dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektlərinə verilmiş lisenziya və ya icazənin qüvvəsinin dayandırılması üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimat göndərir;
  • Mallarda (işlərdə, xidmətlərdə) normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və tələbnamələr verir, zəruri hallarda onlara verilmiş sertifikat və şəhadətnamələrə yenidən baxılması üçün müvafiq dövlət orqanlarına təqdimatlar göndərir.
  • Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır.
  • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldığı hallarda sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlama keçirilə bilər.
  1. İstehlak bazarında baş verən pozuntularla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə necə müraciət edilməlidir?

      İstehlak bazarında baş verən pozuntularla bağlı Dövlət Xidmətinə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

Elektron qaydada Dövlət Xidmətinin rəsmi internet səhifəsinin (www.competition.gov.az) “Müraciət” bölməsinin  “Ərizə, şikayət, təklif” alt-bölməsi vasitəsilə (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif);

195-1-4 Çağrı Mərkəzinə müraciət etməklə;

Dövlət Xidmətinə ərizə ilə yazılı müraciət göndərməklə; (elektron poçt: office@competition.gov.az; Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84. Hökumət evi, 7-ci qapı).

Dövlət Xidmətinə şəxsən müraciət etməklə (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84. Hökumət evi, 7-ci qapı).