16 Yanvar 2018 Çərşənbə axşamı 15:06
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

Yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan maarifləndirmə tədbirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda növbəti təlim kursu 13 dekabr tarixində keçilmişdir.     

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi daşıyan tədbirlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu dəfəki təlimlərdə 40-ə yaxın şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişdir.